Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarəsində komanda-qərargah təlimi keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Siyəzən Regional İdarəsində Bakı-Novorossiysk ixrac neft boru kəmərinin 128,6-cı kilometrliyində şərti olaraq “Neft sızması nəticəsində yanğın hadisəsinin baş verməsi və şübhəli şəxslərin müşahidə olunması” mövzusunda aidiyyəti qurumlarla birgə komanda-qərargah təlimi keçirilib.
Dövlət Agentliyindən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd ixrac neft qaz və boru kəmərlərinin təhlükəsizliyinə təhdid yaradan hadisələrin qarşısının alınması, hərbi qulluqçuların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, Agentliyin regional idarələrinin və digər dövlət qurumlarının fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətdə idarəetmənin təşkili sahələrində təcrübələrinin artırılmasıdır.
Təlim zamanı şərti olaraq bölmələrin cavabdehlik zonasına sızmış, yanğın törətmiş və ərazidən uzaqlaşmış şəxslərin təxribatlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və idarə olunması tapşırıqları icra edilib.
Təlim uğurla başa çataraq qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...