22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Stokholm marafonu zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib

03-06-2024
IMG

Stokholmda 42 kilometrlik məsafəyə qaçış marafonu keçirilib və yarışda 18 396 qaçışçı iştirak edib.

Fhnews.az xəbər verir ki, marafon zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib.

“On beş nəfər böyük rəqəmdir, lakin isti havanı nəzərə alsaq, bu elə də təəccüblü deyil”, - Stokholm marafonunun mətbuat üzrə meneceri Lorenzo Nezi deyib.

İştirakçıların bəzilərinin halı ciddi şəkildə dəyişsə də, tibbi yardım göstərildiyi zaman hamısının vəziyyətinin sabit olduğu qeyd olunub.

Bu il start xəttində həmişəkindən daha çox iştirakçı olub. Habelə finiş xəttinə çatan qaçışçıların sayına görə rekord da müəyyən edilib.

Stokholm marafonunun qalibi müəyyən edilmiş məsafəni 2 saat 14 dəqiqəyə qət edən keniyalı Fredrik Kibii olub.

Paylaş: