Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub
Şri-Lankada altı nəfər güclü küləyin aşırdığı ağacların altında qalaraq həlak olub.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, fəlakətlərin idarə edilməsi mərkəzinin direktoru Pradip Kodippili insanları diqqətli olmağa və avtomobillərini ağacların altında saxlamamağa çağırıb. Onun sözlərinə görə, ölüm hadisələri Qalle, Ratnapura, Puttalam və Nuvara-Eliya rayonlarından qeydə alınıb, 1246 evə ziyan dəyib, 34880 nəfər kəskin hava şəraitinin təsirinə məruz qalıb.
Şri Lanka Meteorologiya Departamenti Benqal körfəzi üzərində formalaşmış siklonun inkişaf etdiyi və şənbə günü gecə saatlarında şiddətli qasırğaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...