Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub
Cənubi Asiyada yerləşən Şri-Lankada baş verən son daşqınlar nəticəsində 12 nəfər ölüb, beş nəfər isə itkin düşüb. Daşqınlardan ümumilikdə 87 mindən çox insan zərər çəkib.
Fhnew.az xəbər verir ki, bu barədə Şri-Lankanın müdafiə naziri Premitha Bandara Tennakoonı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təbii fəlakət ən çox cənub əyalətlərinə zərər vurub. Hazırda 23700-dən çox insan 119 təxliyə və yardım mərkəzində yerləşdirilib.
Meteorologiya Departamenti ölkənin bir sıra əyalətlərində havanın yağıntılı olacağını, şimşək çaxacağını proqnozlaşdırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...