22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Spirtli işkilər altı əsas xərçəng növü ilə əlaqələndirilir

03-10-2024
IMG

Amerika Xərçəng Araşdırmaları Assosiasiyası tərəfindən dərc edilən yeni hesabatda spirtli içkilərin xərçəngə səbəb ola biləcək mühüm faktor olduğu ortaya çıxıb.Hesabatda qeyd edilir ki, bütün xərçəng hadisələrinin 40 faizi dəyişdirilə bilən risk faktorları ilə bağlıdır.

Bu amillərin başında alkoqol istehlakıdır. Hesabata görə, spirt istehlakı altı əsas xərçəng növü ilə əlaqələndirilir: baş və boyun, yemək borusu, qaraciyər, süd vəzisi, yoğun bağırsaq və mədə xərçəngi.

2019-cu ildə Qərb ölkələrində hər 20 xərçəng diaqnozundan birinin spirtli içki qəbulu ilə əlaqələndirildiyi halda, bu nisbətin zamanla artdığı bildirilir. Bu vəziyyət, alkoqolun "zərərsiz sosial vərdiş" kimi geniş yayılmış qavrayışını sual altına qoyur.

Alkoqol və xərçəng riski arasındakı əlaqə çox vaxt "doza-cavab" modeli ilə izah olunur. Yəni spirt istehlakı artdıqca xərçəng riski də artır. Hətta yüngül və orta dərəcədə spirtli içki qəbulu döş xərçəngi riskini artıra bilər. Ancaq spirt hər kəsin xərçəngə tutulacağı anlamına gəlmir. Genetik faktorlar və həyat tərzi kimi digər amillər də xərçəngin yaranmasında rol oynayır.

Alkoqolun bədənə təsiri DNT zədələnməsinə qədər uzanır. Alkoqol orqanizmdə parçalanır və asetaldehid adlı maddəyə çevrilir. Bu maddə hüceyrələrimizin DNT-sini zədələyə və mutasiyalara səbəb ola bilər, xərçəng riskini artırır.

Hesabatda spirtin təkcə xərçəngə deyil, həm də ümumi sağlamlığa təsirlərinə diqqət çəkilir.Xüsusilə tütün istifadəsi ilə birlikdə spirt istehlakı xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, fiziki hərəkətsizlik və piylənmə kimi şərtlər spirtin xərçəng riskini artırır.

Hesabatda ictimaiyyətin alkoqolun sağlamlıq riskləri barədə kifayət qədər məlumatlı olmadığı da ortaya çıxıb. ABŞ-da aparılan araşdırmaya görə, əhalinin yarısı spirtin xərçəng riskini artırdığını bilmir. Nəticə etibarilə, sağlam həyat sürmək üçün spirt istehlakı ilə bağlı şüurlu qərarlar vermək və bu risklərdən xəbərdar olmaq böyük əhəmiyyət daşıyır.

Paylaş: