Soyuq Müharibənin simvolu olan Berlin Divarının yıxılmasından 35 il keçdi
Almaniyanın paytaxtı Berlində soyuq müharibənin simvolu olan Berlin divarının yıxılmasının 35-ci ildönümü tədbirlərlə anılıb. Azadlıq Festivalı adlanan tədbirdə mahnılar oxunub, Berlin divarının dörd kilometrlik hissəsinə minlərlə afişa vurulub,fişənglər atılıb.
Dəmir pərdənin süqutu Almaniyanın paytaxtı Berlində böyük coşqu ilə qeyd olunub. Divarın keçdiyi xəttin dörd kilometrlik hissəsində minlərlə plakat yerləşdirilib. Plakatlardan bəziləri 1989-cu ildə keçmiş Şərqi Almaniya administrasiyasına qarşı etirazlar zamanı nümayişçilərin daşıdıqları pankartlar olub. Tədbir iştirakçıları üçün konsertlər təşkil edilib, Şərqi Berlindən Qərbi Berlinə keçərkən həyatını itirənlər də yad edilib. Anım tədbirində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Berlin meri Kay Veqner də iştirak edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...