22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sosial sahədəki e-xidmətlərə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb

16-03-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk iki ayında 545 min müraciət qeydə alınıb.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 857 min dəfə istifadə olunub. 45,8 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, ümumilikdə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 100 milyon olub.

Paylaş: