Son səkkiz ayda 184 mindən çox gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir. Agentlik tərəfindən bu ilin 8 ayında 184 min 122 gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub.
Agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, onlardan 39 min 427 gənc münasib işlərlə təmin edilib, 1048 gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.
Digər bir istiqamət olaraq 5 min 647 gənc əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Əsasən gənclərdən ibarət 138 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...