Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib
Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.
Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...