Son bir ildə pensiya ödənişlərinə 5 milyard 726 milyon manat yönəldilib
2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində verilən məlumata görə, növbəti pensiya artımları olaraq ötən il minimum pensiya 280 manata çatdırılıb. 2022-ci ildə pensiyaçılara ödənilən maddi yardımların onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğlərinin 14,7 faiz indeksləşdirilərək artırılması təmin olunub.
Həmin dövrdə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği də 17 faiz artaraq 467 manata çatıb.
Son bir ildə 31,8 min, elektron təyinat mexanizminin tətbiqinə başlandığı 2019-cu ilin əvvəlindən isə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...