Son bir ayda Azərbaycanda COVID-19 infeksiyasına 325 yoluxma faktı qeydə alınıb
Son bir ayda Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 325 yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.
Fhnews.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 834 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 min 89 nəfər müalicə olunaraq sağalıb, 10 min 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 141 nəfərdir.
Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 333, bu günə qədər isə ümumilikdə 7 milyon 748 min 50 test icra olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...