22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Son beş ayda sosial sahədəki e-xidmətlərə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

21-06-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-may aylarında 1 milyon 400 mindən çox müraciət qeydə alınıb.

Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 1 milyon 813 min dəfə istifadə olunub. 106,2 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 159 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin beş ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 263 milyon olub.

Paylaş: