22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Son 6 ayda Türkiyədə 17.343 zəlzələ baş verib

14-07-2024
IMG

Türkiyədə ilin ilk altı ayında 94-ü 4.0-4.9 bal gücündə, 5-i isə 5.0-5.9 bal gücündə olmaqla ümumilikdə 17.343 zəlzələ baş verib.Yeraltı təkanlarla bağlı məlumat verən  türkiyəli alim, fəlakət idarəetmə mütəxəssisi Bülent Özmen ilin ilk 6 ayında baş verən zəlzələləri qiymətləndirib. 

Türkiyənin minə yaxın zəlzələ törətmə potensialına malik aktiv fayları və zəlzələ aktivliyi yüksək olan ölkələr arasında olduğunu bildirən Özmen əlavə edib ki, Türkiyə və onun yaxın ətraflarında baş verən 1145 zəlzələ müşahidə şəbəkəsi tərəfindən gecə saatlarında qeydə alınıb.

Zəlzələnin vaxtı, böyüklüyü, yeri, dərinliyi, eni və uzunluğu kimi parametrlərin zəlzələ məlumatlarından istifadə edilərək müəyyən edildiyini, ictimaiyyətlə paylaşıldığını və məlumat bazasına qeyd edildiyini bildirən Özmen bu məlumatların statistik üsullarla təhlil edilərək araşdırıldığını və gələcəkdə baş verə biləcək zəlzələlərin böyüklüyü və hansı bölgələrdə baş verə biləcəyi müəyyənləşdirilməyə çalışıldığını deyib. 

İlin ilk 6 ayında baş verən ən böyük zəlzələnin aprelin 18-də Sulusaray-Tokatda baş verən 5,6 bal gücündə zəlzələ olduğuna diqqət çəkən Özmen Tokatda 5 nəfərin yaralandığını, 20 ev və 2 minarənin, 283 binanın dağıldığını, zəlzələdən təsirlənən Yozgatda 1 binanın çökdüyünü, 169 binanın isə zərər gördüyünü xatırladıb.

Paylaş: