Son 122 ildə Azərbaycanda istifadə olunmuş seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) martın 27-də saat 11:00-da “Açıq qapı” günü keçirəcək.
RSXM-nin Elektron xidmətlər şöbəsindən verilən məlumata görə, tədbirdə 1902-ci ildən bu günə qədər, yəni son 122 ildə Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək.
Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar olacaq. Eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında məlumatlar iştirakçılara təqdim olunacaq.
Tədbirdə AMEA rəhbərliyi, ali məktəblərin tələbələri və orta məktəb şagirdləri iştirak edəcəklər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...