Sofiya yaxınlığındakı pirotexnika anbarı yanır
Bolqarıstanın paytaxtı Sofiya yaxınlığında yerləşən pirotexnika anbarında iyulun 25-i axşam saatlarında başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.
Fhnews.az Bolqarıstan Milli Radiosuna istinadla xəbər verir ki, anbardakı yanğın və partlayışlar səbəbindən onun yerləşdiyi Elin-Pelin kəndi təbii fəlakət zonası elan edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub. Həkimlər bədən səthinin 85 faizindən çoxu yanan daha bir nəfərin həyatı üçün mübarizə aparır. Yanğın başlayan zaman anbarda neçə nəfərin olduğu dəqiq məlum deyil.
Hadisənin baş verdiyi ərazidə havanın keyfiyyətini ölçən mobil monitorinq stansiyası qurulub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...