22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sofiya metrosu Avropanın ikinci ən yaxşı metrosu seçilib

24-09-2024
IMG

“Bounce” şirkəti tərəfindən aparılan araşdırmaya görə, Sofiya metrosu Avropanın ikinci ən yaxşı metrosu seçilib.

Fhnews.az BTA agentliyinə istinadla xəbər verir ki, “Bounce” şirkəti metro sistemində qatarların qət etdiyi məsafə, stansiyaların sayı, illik sərnişinlər və digər məlumatları toplayaraq yeraltı sistemlərin indeks xalını hesablayıb.

Bolqarıstanın yeganə və reytinqdə yeni olan Sofiya metro sistemi 10 baldan 7,64-nü toplayıb. Qeyd edilib ki, bu metro sistemi 52 kilometr məsafəni əhatə edir və Sofiya hava limanı da daxil olmaqla, 47 stansiyaya malikdir.

“Euronews” bildirib ki, Sofiya metro stansiyası “Google” üzərindən edilən araşdırmada 5 bal üzərindən 4.10 bal alıb. Qeyd edilib ki, ingilis dilində lövhələrin, o cümlədən ödəniş təlimatlarının olması onu xarici qonaqlar üçün daha əlçatan edib.

Araşdırmaya görə, Avropada ən yüksək reytinqə malik metro sistemi Norveçin Olso şəhərindədir. Üçüncü yerdə isə Yunanıstanın paytaxtı Afina metrosu qərarlaşıb. İlk beşliyə müvafiq olaraq, İspaniyanın Madrid və Polşanın Varşava metroları daxildir.

Paylaş: