Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur
Laos Səhiyyə Nazirliyinin məlumatına görə, siqaretlə bağlı xəstəliklər hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Laosda hər gün təxminən 18 nəfər siqaretlə əlaqəli xəstəliklərdən ölür, bu da ildə 6700 nəfərə bərabərdir. Siqaretdən ölüm nisbəti Laosda qeydə alınan bütün ölümlərin 15 faizini təşkil edir.
Bildirilib ki, tütün vergilərinin artırılması, onun reklamının bütün növlərinə qadağa qoyulması, ictimai yerlərdə siqaret istifadəsinin məhdudlaşdırılması, tütünçəkmənin zərərləri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi kimi effektiv mübarizə tədbirləri görülərsə, siqaretlə bağlı ölüm hallarının qarşısı alına bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...