Şimali Makedoniyada meşə yanğınları davam edir
Şimali Makedoniya meşə yanğınları ilə mübarizə aparır.
Fhnews.az xəbər verir ki, Qərbi Balkan regionunda davam edən anomal isti səbəbindən Şimali Makedoniyada meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət davam edir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bildirilib ki, ölkənin müxtəlif bölgələrində qeydə alının meşə yanğınlarından təxminən 15-i söndürülüb, azı 15 yanğın hələ də aktivdir. Əlçatmaz relyefə görə ən ciddi və mürəkkəb olanı isə Serta dağında başlayan, ətrafdakı Stip və Neqotino bələdiyyələrinə qədər yayılan meşə yanğınıdır.
Təbiət yanğınları hələlik yaşayış məntəqələrinə təhlükə yaratmır. Vəziyyətin azı daha bir həftə davam edəcəyi gözlənilir.
Şimali Makedoniya meşə yanğınları ilə bağlı 30 günlük fövqəladə vəziyyət elan edib və qonşu ölkələrdən yardım istəyib. Serbiya, Türkiyə, Xorvatiya, Sloveniya və Monteneqro Şimali Makedoniyaya kömək üçün yanğınsöndürmə təyyarələri, helikopterlər və mülki müdafiə qrupları göndərib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...