Şimali Koreyadan hava şarları ilə göndərilən zibil Cənubi Koreya prezidentinin iqamətgahına düşüb
Cənubi Koreya Şimaldan göndərilən zibillə dolu şarın havada partladığını və tullantıların paytaxt Seuldakı Prezidentin iqamətgahına düşdüyünü açıqlayıb.
“Yonhap” agnetliyinin xəbərinə görə, Cənubi Koreya ordusu Şimaldan yeni zibil balonlarının göndərildiyini açıqlayıb.Cənubi Koreya Prezident Təhlükəsizliyi Agentliyindən verilən açıqlamada göndərilən şarlardan birinin Prezidentlik binasının üstündə olarkən havada partladığı və şardakı tullantıların binanın üzərinə düşdüyü bildirilib.
Tullantılar təhlükəsiz şəkildə toplanıb. Hadisə Cənubi Koreya Baş Qərargahı ilə koordinasiyalı şəkildə izlənilib.
Qeyd edək ki, iki ölkə arasında “köpük gərginliyi” aylardır davam edir. Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyada yaşayan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər.Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya tullantılarla dolu 5 mindən çox şar göndərib.
Şimali Koreya Xarici İşlər Nazirliyi iddia edir ki, Cənubi Koreya oktyabrın 3, 9 və 10-da Şimali Koreyanın paytaxtı Pxenyana təbliğat vərəqələri daşıyan pilotsuz uçuş aparatları göndərib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...