Şimali Koreyada təbii fəlakət zonası yenidən qurulur
Şimali Koreya lideri Kim Çen In iyul ayında ölkənin şimal-qərbində baş verən daşqınlardan sonra aparılan işlərə nəzarət etmək üçün fəlakət bölgələrinə səfər edib. Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In ölkənin şimal-qərbində leysan yağışların səbəb olduğu daşqınlardan zərər çəkmiş bölgələrə baş çəkib. Daşqınlardan zərər çəkmiş ərazilərdə davam edən işləri yoxlayan Kim deyib ki, daşqından zərər çəkmiş ərazilərdə istehsal və yaşayış şəraitini normal səviyyəyə qaytarmaq hökumətin ən aktual vəzifəsidir.
Qeyd edək ki, Şimali Koreyanın şimal-qərbində yerləşən Sinuiju şəhərində iyul ayında Şimali Koreya-Çin sərhədindəki Yalu çayının leysan yağışlar səbəbilə daşması nəticəsində bölgədə qapalı qalan 5 mindən çox insan təxliyə edilib. Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyada leysan yağışlar və daşqınlar nəticəsində ölən və ya itkin düşənlərin sayının mini keçdiyini təxmin etdiklərini bildirib. Kim Çen In isə Cənubi Koreya mediasını ölkəsindəki daşqınların vurduğu ziyanın miqyası ilə bağlı uydurma xəbərlər hazırlamaqda ittiham edərək qınayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...