22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirdiyini açıqlayıb

19-01-2024

Koreya Xalq Demokratik Respublikası (KXDR) sualtı nüvə silahı sistemini uğurla sınaqdan keçirdiyini bəyan edib.

Fhnews.az xəbər verir ki, bu barədə ölkənin rəsmi mediası olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə dəniz təlimlərinə cavab olaraq Şimali Koreyanın Müdafiə Nazirliyi Yapon (Şərq) dənizində “Haeil-5-23” sualtı nüvə silah sistemini sınaqdan keçirib.

“Ordumuzun sualtı nüvə silahlarına qarşı mübarizə strategiyası daha da genişlənir, dənizdə və su altında müxtəlif cavab tədbirləri ABŞ və müttəfiqlərinin hərbi manevrlərini dayandırmağa davam edəcək2, - deyə KCNA-nın mövzuya dair xəbərində qeyd olunur.

Nazirlik bəyan edib ki, Cənubi Koreyanın Cecu adasının sularında keçirilən üçgünlük üçtərəfli təlimlər Şimali Koreyanın təhlükəsizliyini ciddi təhdid altına alan fəaliyyətdir.

Qeyd edək ki, Şimali Koreya ötən il düşmənin gəmilərini və limanlarını məhv etmək üçün sunami yaradan sualtı nüvə zərbə dronunu uğurla sınaqdan keçirdiyini açıqlamışdı.

Paylaş: