Şimali Koreya lideri 2024-cü il üçün hədəflərini açıqladı
Şimali Koreya lideri Kim Çen İn 2024-cü il üçün hədəflərini açıqladığı il sonu toplantısında ordunun gücləndirilməsi səyləri çərçivəsində gələn il daha 3 casus peykinin kosmosa göndəriləcəyini açıqlayıb. Şimali Koreya ABŞ və Cənubi Koreyanın böyük reaksiyasına səbəb olan ilk casus peykinin təqib ediləcəyini açıqlayıb.
Cənubi Koreya ilə münasibətlərdə köklü dəyişiklik olacağını bildirən Kim ölkəsinin nüvə ambisiyalarını davam etdirməkdən başqa çarəsi olmadığını vurğulayıb. Cənubi Koreya ilə birləşmənin artıq mümkün olmadığını qeyd edən Kim Çen İn Seulun ölkəsinə düşmən kimi yanaşdığını bildirib.
Cənubi Koreyanın ABŞ hərbi bazası və nüvə arsenalına çevrildiyini bildirən Şimali Koreya liderinin sözlərinə görə, düşmən qüvvələrinin qarşıdurma xarakterli hərbi hərəkətlərinə diqqətlə baxsaq, müharibə sözü mücərrəd yox, realist bir anlayışa çevrilib.
Şimali Koreya lideri gələn il nüvə və raket sənayesi və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində daha da inkişaflar olacağını bildirib.
Mümkün nüvə böhranına tez reaksiya verilməsinin vacibliyini vurğulayan Kim Çen İn fövqəladə vəziyyət halında nüvə enerjisi də daxil olmaqla, bütün fiziki vasitə və qüvvələri səfərbər edərək Cənubi Koreyanın bütün ərazisini zərərsizləşdirmək üçün hazırlıqları sürətləndirməyə davam etməli olduqlarını açıqlayıb.
Xatırladaq ki, noyabrda iki uğursuz peyk buraxma cəhdindən sonra Şimali Koreya üçüncü cəhdini noyabrın 21-də edib. “Malligyong-1” adlı casus peykini yeni tip “Chollima-1” raketi ilə orbitə çıxaran Pxenyan peykin uğurla orbitə çıxarıldığını açıqlayıb. Peyki orbitə göndərən Şimali Koreya Cənubi Koreyanın Mokpho, Kunsan, Phyongtaek, Osan və Seul şəhərləri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrinin fotoşəkillərinin çəkildiyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...