22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şimali Koreya atom sualtı qayığı inşa edir

29-01-2024

Şimali Koreya lideri Kim Çen In ölkənin Hərbi Dəniz Qüvvələri komandanlığı ilə atom sualtı qayığı və digər yeni gəmilərin tikintisi ilə bağlı məsələləri müzakirə edib.

Fhnews.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Kim Çen In atom sualtı qayığın tikintisi ilə bağlı işlərin vəziyyəti ilə ətraflı tanış olub, həmçinin nüvə sualtı qayığının və digər yeni gəmilərin tikintisi ilə bağlı məsələləri müzakirə edib”, - deyə məlumatda bildirilib.

Kim Çen In vurğulayıb ki, Hərbi Dəniz Qüvvələrinin nüvə silahı ilə təchiz edilməsi zamanın aktual işidir.

Paylaş: