22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şimali Avropada kəskin soyuqlar hökm sürür

05-01-2024

Həddindən artıq soyuq hava şəraiti Finlandiya, İsveç, Norveç və Danimarkada təsirli olub. Finlandiya Meteorologiya İnstitutunun verdiyi açıqlamada ölkənin Arktik Dairəsinin Lapland bölgəsində havanın temperaturunun 44,3 dərəcə şaxta olduğu bildirilir. Açıqlamada 21-ci əsrdə cəmi üç dəfə temperaturun 42 dərəcədə müşahidə edildiyi vurğulanıb.

Qeyd olunub ki, pis hava şəraiti ölkə ərazisində nəqliyyatın hərəkətində fasilələrə səbəb olub, son günlər kəskin soyuqlar səbəbindən elektrik enerjisi istehlakı rekord həddə çatıb.

İsveç Meteorologiya İnstitutundan verilən açıqlamada isə ölkənin şimal bölgələrində temperaturun mənfi 40 dərəcə, ən şimaldakı Naimakka meteoroloji stansiyasındakı termometrlərin isə 43,8 dərəcəni göstərdiyi bildirilib.

Norveç də 2020-ci ildən bəri ən soyuq günlərini yaşayır. Paytaxt Osloda temperatur mənfi 20 dərəcə, ölkənin şərqində isə mənfi 30 dərəcə olub.

Digər Skandinaviya ölkəsi Danimarkada isə havanın temperaturu sıfırın altına düşüb və güclü qar yağışı təsirli olub.

Paylaş: