22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şimal Buzlu Okeanın dərinliklərində yeni antibiotiklər kəşf edilib

03-09-2024
IMG

Şimal Buzlu Okeanında yaşayan mikroblar yeni antibiotiklərin mənbəyi ola bilər. Alimlər laboratoriya təcrübələrində uğurlu nəticələr əldə ediblər.Hal-hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti aktinobakteriyalar adlanan quruda yaşayan mikroorqanizmlərdən gəlir.

Lakin antibiotiklərə davamlı bakteriyalar geniş yayıldıqca alimlər yeni mənbələr kəşf etməyə çalışırlar. Təxmin edilir ki, su aktinobakteriyaları dəniz mühitində təzyiq, temperatur və duz konsentrasiyası kimi amillərə görə daha çox növ birləşmələr əmələ gətirir. Buna görə də tədqiqatçılar bəzi onurğasızların içərisində yaşayan və 2020-ci ildə Şimal Buzlu Okeanından çıxarılan aktinobakteriyaları tədqiq ediblər. 

Araşdırmada 4 aktinobakteriyanın istehsal etdiyi birləşmələrin enteropatogen E. coli (EPEC) adlı bakteriyaya təsiri müşahidə olunub.Bağırsaq hüceyrələrinə təsir edən bu bakteriya xüsusilə azyaşlı uşaqlarda şiddətli ishala səbəb olur. Laboratoriyada yetişdirilən hüceyrələrdəki birləşmələri sınaqdan keçirən qrup iki növün bakteriyaların xəstəliyə səbəb olmasının qarşısını aldığını müəyyən edib. Bunlardan biri bakteriyaların böyüməsini dayandırıb, digəri isə xəstəliyə səbəb olmasının qarşısını alıb.

Tədqiqatçılar bakteriyaların böyüməsinin qarşısı alınmasa, antibiotikə daha az müqavimət göstərəcəyini söyləyərək, ikinci birləşmənin daha yaxşı dərman olacağını bildiriblər. Tapıntılar ümidverici olsa da, antibiotik kimi istifadə edilməzdən əvvəl daha çox araşdırmaya ehtiyac var. Bundan əlavə, bu birləşmələrin təfərrüatlı şəkildə öyrənilməsi üçün böyük miqdarda istehsal edilməsi lazımdır, lakin bunun necə mümkün olacağı hələ məlum deyil. Alimlər hələ də gələcəyə ümidlə baxırlar.

Paylaş: