Şiddətli yağışlar Çində həyatı iflic edib
Çinin Şaansi əyalətində güclü yağışlar nəticəsində körpünün uçması nəticəsində 12 nəfər ölüb, 31 nəfər isə itkin düşüb. “Sinxua” agentliyinin məlumatına görə, Şanluo şəhərində yağan güclü yağışlar körpünün keçdiyi Cinçian çayında qəfil daşqınlara səbəb olub.
Ani sel nəticəsində körpünün 40 metrlik hissəsi dağılıb, ümumilikdə 17 minik və 8 yük maşını çaya düşüb.
Məsələ ilə bağlı açıqlamasında Çin Dövlət Başçısı Xi Jinping itkilərin qarşısının alınması üçün axtarış-xilasetmə işlərinin vacibliyini bildirərək, hadisə nəticəsində zərər çəkmiş şəxslərin ailələrinə yardım göstərilməsini istəyib.
Çin Qlobal Televiziya Şəbəkəsinin xəbərinə görə, Çinin Sıçuan əyalətində qəfil daşqın nəticəsində 8 nəfər ölüb, 30-dan çox insan itkin düşüb.Yerli hakimiyyət orqanlarından verilən açıqlamada 1524 nəfərin daşqınlardan zərər çəkdiyi, ümumilikdə 443 xilasedicinin dərhal bölgəyə göndərildiyi bildirilib.
Bildirilib ki, seldə itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...