Şiddətli istilər bir çox ərəb ölkələrində təsirli olub
Bir çox ərəb ölkəsi qeyri-sabit iqlim şəraiti ilə bağlı rəsmi xəbərdarlıq edib.Bildirilir ki, qarşıdakı günlərdə şiddətli isti dalğası davam edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, İraq, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Fələstin, Suriya, Liviya və Tunis güclü isti dalğasına məruz qaıb, şiddətli istilərin meşə yanğınlarına səbəb olacağı ilə bağlı narahatlıqlar var.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd əl-Abdulali “SPA”agentliyinə bildirib ki, builki həcc mövsümü zəvvarların sağlamlığı üçün təhlükə yaradan temperaturun əhəmiyyətli dərəcədə artması səbəbindən böyük problemlə üzləşib.O, zəvvarların Səhiyyə Nazirliyi tərəfindən verilən sağlamlıq qaydalarına, o cümlədən günəş işığına birbaşa məruz qalmamaq üçün çətir gəzdirmələrinin, lazımi miqdarda su içmələrinin, yorğunluq və istilik stresini azaltmaq üçün namaz zamanı istirahət etmələrinin vacibliyini vurğulayıb.
Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi builki Həcc mövsümündə “Müqəddəs yerlər”də havanın temperaturunun 45-48 dərəcə arasında olacağını və yağış ehtimalının az olduğunu açıqlayıb.
Misir Meteorologiya İdarəsi əksər bölgələrdə iyunun 13-dən 15-dək pik həddinə çatan intensiv isti dalğası ilə bağlı xəbərdarlıq edib.
İraqın Əl-Sumariyyə internet saytının xəbərində İraqın, xüsusilə də mərkəzi hissənin və cənubun külək hərəkətində durğunluqla müşayiət olunan yeni isti dalğasından təsirlənəcəyinə diqqət çəkilib.
Xəbərdə İraqda havanın temperaturunun 52 dərəcəyə çatacağı bildirilib.
İqlim problemlərindən bəhs edən “Arabia Weather” saytının son hava proqnozlarına görə, bir çox ərəb ölkələri Qurban bayramı günlərində şiddətli istilərdən təsirlənəcək.
Saytın proqnozlarına görə, bu həftənin sonunda Afrika qitəsindən gələn isti hava kütləsi İordaniya, Fələstin və Suriyada temperaturun əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq və bu, bir neçə gün davam edəcək.Eyni vəziyyət Misir, Tunis və Liviyada da yaşanacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...