Siciliya adasında əlverişsiz hava şəraiti fəsadlar törədib
İtaliyanın cənubundakı Siciliya adasında aramsız leysan yağışları sel və daşqınlara səbəb olub.
Fhnews.az xəbər verir ki, adanın şərqindəki Kataniya şəhəri və ətraf bölgələrdə küçələri, evləri və iş yerlərini su basıb. Şiddətli yağış gündəlik həyata mənfi təsir edib. Bəzi bölgələrdə nəqliyyat vasitələri sel suları altında qalıb və dənizə sürüklənib. Maddi ziyanın olduğu qeyd edilib.
Mülki müdafiə qüvvələri 80-dən çox xilasetmə əməliyyatı yerinə yetirib, köməksiz vəziyyətdə qalan onlarla insanı xilas edilib. Bəzi ərazilərə 6 saat ərzində 400 millimetr yağıntı düşdüyü bildirilib. Əlverişsiz hava şəraiti səbəbindən Kataniya və Sirakuza şəhərlərində məktəblər bağlanıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...