Sibirdəki nəhəng kraterlər qlobal istiləşmə səbəbindən əmələ gəlib
Sibir üçün unikal olan nəhəng kraterlər (vulkan ağzı) iqlim dəyişmələrinin səbəb olduğu təbii qaz partlayışlarından sonra əmələ gəlib.
Fhnews.az xarici KİV-lərə istinadla xəbər verir ki, Oslo Universiteti alimləri “EarthArXiv” portalında dərc edilən elmi işlərində bu barədə bildirirlər.
2014-cü ildə Sibir donuşluğunda 50 metr dərinlikdə 8 nəhəng krater aşkarlanıb. Onlar Rusiyada yerləşən Yamal və Qdansk yarımadaları üçün unikaldır. Bu, yeni tədqiqatın müəlliflərinə kraterlərin əmələ gəlməsinin landşaftın xüsusiyyəti ilə, məhz təbii qaz ehtiyatları ilə bağlı olduğunu ehtimal etməyə imkan verir.
Yeni tədqiqatın müəlliflərinin izah etdiyi kimi, yarımadalarda yer 40 min ildən artıqdır ki, donub. Onunla bərabər, zəngin metana malik dəniz çöküntüləri tədricən nəhəng qaz ehtiyatına çevrilib və bunlar istiləşərək donuşluğu alt hissədən əridir. İqlim dəyişməsi isə onu üstdən qızdırıb. Bu iki amil yekunda metan tullantısının dağılması və partlayışla nəticələnib.
Tədqiqatlara görə, Arktikanın əbədi donuşluğunda təxminən 1700 milyard ton istixana qazları, o cümlədən karbon qazı və metan var. Partlayışlar zamanı təbii qaz və metanın tullantıları iqlim dəyişməsini gücləndirə bilər.
Başqa alimlər meteorit zərbələrindən tutmuş təbii qaz partlayışınadək kraterlərin yaranmasının müxtəlif fərziyyələrini ehtimal edirlər. Nəzəriyyələrdən birinə görə, kraterlər böyük həcmdə təbii qazın olduğu göllərin yerində əmələ gəlib. Bu göllər quruyanda altda olan torpaq donub və bu da qazın çıxdığı dəliklərin tıxanmasına səbəb olub. Sonra toplanan metan partlayışla çıxmağa başlayıb, nəticədə nəhəng kraterlər yaranıb. Lakin bu model kraterlərə niyə yarımadanın su ilə örtülməyən yerlərində rast gəlindiyini izah edə bilmir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...