Sibirdə tapılmış at məzarları skiflərin mənşəyinə işıq salır
Sibirdə 2800 il yaşı olan 18 qurban atın olduğu kurqanın skif qəbiristanlıqlarına bənzəməsi atçılıq Çöl mədəniyyətinin şərqdə yarandığını deməyə əsas verir. Avrasiya çöllərinin köçəri skifləri yaşayış məskənləri salmayıblar. Onlar at odaklı mədəniyyətləri və heyvanları xüsusi pozalarda təsvir edən fərqli sənətləri ilə məşhur olublar.
Görkəmli atlılar və döyüşçülər kimi eramızdan əvvəl 900-200-cü illərdə qədim yunanlar, assuriyalılar və farsların qorxulu düşmənləri olan skiflərin Orta Asiyadan Rusiyanın cənub-qərbinə və Ukraynaya köç etdiyi məlum olsa da, onların dəqiq mənşəyi sirr olaraq qalır.Almaniyanın Maks Plank İnstitutunun antropoloqu Gino Kaspari deyir ki, skiflər yunan tarixçisi Herodotun dövründən insanların təxəyyülünü zəbt ediblər. Lakin onların mədəniyyətinin mənşəyi uzun müddət Avrasiya çöllərinin ucqar guşələrində gizli qalıb.
Yeni araşdırma Cənubi Sibirdə tapılan kral kurqanının ən qədim nümunələrindən birini təfərrüatlandırır. Kurqanda qadın və 18 atın parçalanmış qalıqları var. Araşdırmalara görə, bu atlar çox güman ki, kurqanda basdırılmış elitadan birinin şərəfinə qurban verilib.Heyvan qalıqlarının bəzilərində hələ də dişləri arasında mis ağızlıqlar var.Türbədə həmçinin skif əşyaları və atçılıq ləvazimatları var.Tapıntılar Sibirdəki kurqanı tarixi mətnlərdə qərbdə minlərlə kilometr aralıda yaşadıqları qeyd edilən skiflərin dəfn mərasimləri ilə əlaqələndirir.
Eramızdan əvvəl 9-cu əsrin sonlarına aid edilən məzar skif dəfnlərinin sübutunu göstərən ən qədim bilinən kurqanlardan biridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...