Seulda dünyanın ilk Robot və Süni İntellekt Muzeyi açılıb
Cənubi Koreyada türk memar Melike Altınışık tərəfindən layihələndirilən dünyanın bu sahədə ilk muzeyi olan "Seul Robot və Süni İntellekt Muzeyi" açılıb. Paytaxt Seulda açılan muzey ziyarətçilərinə texnologiya və süni intellekt sahəsindəki ən son yenilikləri izləmək imkanı verəcək.
Gündəlik 500 nəfərin ziyarət etməsi gözlənilən muzeydə sürücüsüz avtomobillər, dünyanın bir çox tanınmış texnologiya şirkəti və universitetlərinin istehsal etdiyi ən son robot texnologiyaları və süni intellekt texnologiyaları sərgilənəcək.
Muzey layihəsi üçün keçirilən müsabiqədə 47 namizəd arasında birinci yeri qazanan türkiyəli memar Melike Altınışık muzey üçün hazırladıqları dizayn manifestosu ilə ziyarətçilər üçün ruhlandırıcı bir dünya yaratmağı hədəfləyən robotlar, süni intellekt texnologiyaları və ağıllı dizayn və tikinti metodologiyalarına əsaslanan bənzərsiz bir memarlıq dili yaratmağı hədəflədiklərini ifadə edib.
Altınışık piyada və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən ara boşluqlar yaratdıqlarına diqqət çəkərək, müasir memarlıq ifadəsi ilə texnoloji yenilik arasındakı dialoqun muzeyin dizayn fəlsəfəsinin əsasını təşkil etdiyini vurğulayıb.
Muzeyin tikinti prosesinə toxunan Altınışık onun Dördüncü Sənaye İnqilabına uyğun memarlıq dizayn texnologiyaları və qabaqcıl mühəndislik texnikalarının inteqrasiyasını əks etdirən tikinti metodologiyası ilə inşa edildiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...