22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Serbiyada miqrantları daşıyan qayıq batıb

22-08-2024
IMG

Serbiyada miqrantları daşıyan qayıq Drina çayında batıb.

Fhnews.az xəbər verir ki, bu barədə məlumatı Serbiya Baş nazirinin müavini, daxili işlər naziri İvitsa Daçiç açıqlayıb.

Nazir bu gün səhər saatlarında Bosniya və Herseqovinanın sərhəd orqanlarının Lyuboviya sərhəd polisinə içərisində qanunsuz miqrantların olduğu qayığın Drina çayında batdığı barədə məlumat verdiyini bildirib. Qeyd edib ki, polis və Fövqəladə Hallar Departamentinin əməkdaşları dərhal hadisə yerinə göndərilib.

Sahilə çatan miqrantların sözlərinə görə, qayıqda 25 nəfər olub. Polis və xilasedicilər üçü uşaq olmaqla 18 nəfəri xilas ediblər. İtkin düşən 7 nəfərin axtarışları intensiv şəkildə aparılır.

Paylaş: