22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Serbiyada dəmiryolu stansiyasındakı qəzada ölənlərin sayı artıb

02-11-2024
IMG

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Fhnews.az xəbər verir ki, hadisə zamanı yaralanan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Serbiyanın Baş naziri Miloş Vuçeviç binanın 1964-cü ildə inşa edildiyini, hadisənin başvermə səbəblərinin araşdırıldığını və səhlənkarlıq edənlərin cavab verməli olduğunu qeyd edib. Həmçinin dağıntılar altından iki nəfərin xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi və hadisə yerində 80 nəfərin çalışdığı bildirilib.

Qeyd edək ki, noyabrın 2-si Serbiyada milli matəm günü elan olunub.

Paylaş: