Serbiyada çayda batan qayıqdakı 8 miqrantın cəsədi tapılıb
Serbiyada qanunsuz miqrantları daşıyan qayığın Drina çayında batması nəticəsində 8 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, Serbiyadan Bosniya və Herseqovinaya keçməyə çalışan qayıqdakı miqrantlar əsasən Suriya vətəndaşları olublar. Üçü uşaq olmaqla, 18 nəfər sahilə çıxa bilib. Həlak olanların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib.
Qeyd edək ki, Serbiya ilə Bosniya və Herseqovina Balkan regionunda Qərbi Avropa ölkələrinə çatmağa çalışan qeyri-qanuni mühacirlərin üstünlük verdiyi marşrutdur. Son 10 ildə azı 40 nəfər Serbiya ilə Bosniya və Herseqovina sərhədində Drina çayını keçməyə cəhd göstərərkən boğularaq ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...