Sentyabrın əvvəlindən müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılacaq
Sentyabrın əvvəlindən etibarən müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılacaq.
Fhnews.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, ötən il və builki sertifikasiya prosesinin nəticələrinə əsasən, diferensial əməkhaqqına keçirilən müəllimlərin sayının 55 min nəfərə çatması proqnozlaşdırılır: “Ötən il müsahibə mərhələsində iştirak edən müəllimlərin müsahibəni tamamlama nisbəti 99 faizdir.
İyunun 10-dan etibarən işdən azad olunmuş müəllimlərlə bağlı regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb. Ümumilikdə 3700-dən çox müəllim komissiyalarda qəbul edilib. Onların arasında həssas təbəqədən olan 400-ə yaxın müəllimin tədrisdən kənar alternativ işlərlə təminatı istiqamətində işlər aparılır”.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...