Sentyabrın 29-u Beynəlxalq Lal-Karlar Günüdür
Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir.
Fhnews.az xəbər verir ki, həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.
1760-cı ildə Fransada rahib de-Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarla danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.
Statistikaya görə, dünyada təxminən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən çoxu deməkdir və onların yarıdan çoxu eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.
Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi.
Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.
Hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçilərin, hakimiyyət nümayəndələrinin, kütləvi-informasiya vasitələri işçilərinin və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...