22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

30-08-2024
IMG

Respublika ərazisi üçün sentyabr ayına olan hava proqnozu açıqlanıb.

Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sentyabr ayı yay fəslinin təsirinin azaldığı, payız fəslinin başladığı ay kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi bildirilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 12-23 millimetr).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 millimetr).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir ( norma 34-50 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 29-37 millimetr).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 17-44 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı bildirilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 33-120 millimetr).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı bildirilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 14-38 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17-21 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 17-22 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 34 dərəcəyədək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 millimetr).

Paylaş: