Şengen vizasının rüsumları artacaq
Avropa Komissiyası Şengen vizası rüsumunun artırılması ilə bağlı təklif təqdim edib. Təklif qəbul olunarsa viza rüsumları 12 % artacaq. Avropa Komissiyası fevralın 2-də Şengen vizası rüsumunun artırılması layihəsini təqdim edib.
Təklif qəbul edilərsə rüsum 12 faiz artaraq böyüklər üçün 80 avrodan 90 avroya, uşaqlar üçün isə 40 avrodan 45 avroya yüksələcək. Aİ həmçinin üzv ölkələrdən deportasiya edilmiş insanların yenidən ölkəyə girişini qəbul etməkdə onlarla əməkdaşlıq etməyən ölkələr üçün rüsumları daha da artırmağı planlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...