Şengen çat verir: Fransa sərhədlərində yoxlamalar başlayır
Fransa bu həftədən etibarən bütün quru sərhədlərində şəxsiyyət vəsiqəsi yoxlamaları tətbiq etməyə hazırlaşır. 2015-ci ildən İtaliya sərhədində, bir neçə aydır isə Almaniyada həyata keçirilən bu təcrübə noyabrın 1-dən etibarən Fransanın bütün quru sərhədlərinə yayılacaq. Fransanın baş naziri Mişel Barnier İtaliya sərhədinə səfərindən sonra sosial media platforması X-də verdiyi açıqlamada bunları yazib: “Bu, sübut edilmiş bir modeldir. Biz bu təcrübəni bütün quru sərhədlərimizə qədər genişləndirəcəyik.”
Bu addım qeyri-qanuni immiqrasiyanın qarşısını almaq məqsədi daşıyır. Avropa qanunları təhlükəsizlik baxımından müvəqqəti sərhəd nəzarətinə icazə verir, baxmayaraq ki, Şengen zonasındakı ölkələr arasında sərbəst hərəkət vacibdir. Fransada və bəzi digər ölkələrdə bu nəzarətlərin müddəti daim uzadılır.
Fransa terror fəaliyyəti nəticəsində ictimai asayiş və daxili təhlükəsizliyə ciddi təhdidlər, qeyri-qanuni miqrasiya və insan alverinə şərait yaradan cinayətkar təşkilatların çoxalması, radikal elementlərin sızma ehtimalını əsas gətirərək qərarını müdafiə edir. Ötən ilin avqustunda Almaniyanın daxili işlər naziri Nensi Fazer qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin həyata keçiriləcəyini açıqlamışdı.
Sonrakı 6 ayda Almaniya,Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə quru sərhədlərində müvəqqəti yoxlamaların aparılacağı açıqlanıb.Bu qərar yalnız qeyri-qanuni miqrasiya ilə mübarizə üçün atılan bir tədbir kimi görünsə də, Avropa İttifaqı daxilində artan inamsızlığın və həmrəyliyin olmamasının göstəricisi hesab olunur.
Almaniyanın bu qərarı ötən il Avstriya, Polşa, Çexiya və İsveçrə ilə sərhədlərində oxşar tədbirlər görməsindən sonra verilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...