Seneqal sahillərində miqrant qayığı qəzaya uğrayıb, onlarla insan ölüb
Seneqal sahillərində 100-dən çox qanunsuz miqrantı daşıyan qayığın aşması nəticəsində 26 nəfər ölüb, 70-dən çox miqrant itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, qanunsuz miqrantların olduğu qayıq paytaxt Dakardan təxminən 90 kilometr cənubda yerləşən Mbouri şəhərindən İspaniyanın Kanar adalarına yola düşüb. Qayıqda olanlardan yalnız 4 nəfər xilas edilib.
Yerli hakimiyyət orqanları itkin düşənlərin xilas olunması üçün axtarış və xilasetmə işlərini davam etdirirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...