Seneqal sahillərində göyərtəsində 200 miqrantın olduğu qayıq batıb
Seneqaldan Avropa İttifaqı (Aİ) ölkələrinə keçməyə çalışan 200 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Seneweb” xəbər portalı məlumat yayıb.
Qeyd edilib ki, hazırda itkin düşənlərin axtarışı aparılır, onların dəqiq sayı məlum deyil. Səlahiyyətlilər dörd nəfərin öldüyünü təsdiqləyiblər.
Öz növbəsində, “Reuters” bildirib ki, altı nəfər ölüb və dörd nəfər xilas edilib.
Qayıq sahildən 4 km aralıda çevrilib. Göyərtədə olan miqrantların əksəriyyəti Seneqalın sahil şəhəri Mburun sakinləri olub. Qəzanın səbəbləri məlum deyil.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...