22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Selçuk Bayraktar: "Milli sistemlər müdafiədə kritikdir, texnologiyanı inkişaf etdirənlər onu idarə edir."

20-09-2024
IMG

İsrailin Livanda həyata keçirdiyi qanlı kiber hücumu dəyərləndirən Səlcuq Bayraktar müdafiə sistemindəki milli sistemlərin məhz bu səbəbdən önəmli olduğunu bildirib. Səlcuq Bayraktar fikirlərini belə əsaslandırıb: 

"20 il əvvəl, xüsusən də pilotsuz uçuş aparatlarımızla başladığımız mübarizə məhz bununla bağlı idi. Bildiyiniz kimi, müdafiə sənayesində müstəqil olmaq üçün milli sistemlər çox kritik, hətta həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı texnologiyanın bütün digər mülki sahələrindən asılılıq ölkələri və xalqları çətin vəziyyətə sala bilər…

Çünki texnologiya artıq bu cür mexaniki elementlərlə deyil, sənaye inqilabından sonra inkişaf etmiş mexaniki maşınlarla deyil, çox mürəkkəb proqram və elektronika ilə burada da eynilə müdafiə sənayesində olduğu kimi həyatımızın hər sahəsinə nüfuz edir. Burada, müdafiə sənayesində olduğu kimi, bu texnologiyaya nəzarət edənlər, onun içindəki proqram təminatı və aparatları inkişaf etdirənlərdir. Buna misal olaraq İsrail tərəfindən çox qəddar terror aktı həyata keçirildi və bu əməl bütün dünyanı fəlakətə uğratdı”.

Paylaş: