22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Seçkilər günü vətəndaşların öz iradəsini ifadə etmək üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaq

11-07-2024
IMG

Asayişin mühafizəsi digər hüquq-mühafizə orqanları ilə birgə sentyabrın 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcək.

Fhnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib. Bildirib ki, cinayətlərin qarşısının alınması, üstünün açılması, hüquq qaydasının qorunması, hər bir şəxsin hüquq və azadlığının müdafiəsi sahəsində qanunla müəyyən olunmuş vəzifələrin icrası davam etdirilir. Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaq.

E.Hacıyev vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır və səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır: “Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunub”.

Paylaş: