22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Səudiyyə Ərəbistanında Tunc dövrünə aid yaşayış məskəni urbanizasiyanın sirlərini açır

02-11-2024
IMG

Səudiyyə Ərəbistanında aşkar edilən təxminən 4400 illik yaşayış məskəni bölgə əhalisinin urbanizasiya prosesində Tunc dövründəki digər icmalardan geri qaldığını göstərir.

Böyük şəhərlərin salınması bəşər tarixində mühüm mərhələ hesab edilsə də, Ərəbistan yarımadasının şimal hissəsində bu inkişafın təfərrüatlarını izləmək çətin məsələdir.Bölgədə yaxşı qorunan arxeoloji qazıntı sahələrinin olmaması bunun əsas səbəblərindəndir.

2020-ci ildə Hayber Oazisində aparılan araşdırmalar zamanı divarlarla əhatə olunmuş qədim yaşayış məskəni aşkar edən tədqiqatçılar yeni araşdırmada bu sirli dövrə işıq salıblar.

Arxeoloqlar ilk dəfə olaraq Ərəbistanın şimal-qərbində geniş istehkam şəbəkəsinə qoşulmuş kiçik Tunc dövrünə aid şəhər aşkar ediblər ki, bu da regionda urbanizasiyanın erkən inkişafı ilə bağlı suallar yaradır.

Qeyd edək ki, 1,5 hektar ərazini əhatə edən və arxeoloqlar tərəfindən Əl Natah adlandırılan yaşayış məntəqəsi Səudiyyə Ərəbistanının qərbində yerləşir. Qoruyucu divarlarla əhatə olunmuş ərazinin mərkəzi və yaşayış sahəsi var. Tədqiqatçılar məskunlaşmanın eramızdan əvvəl 2400-cü illərdə başladığını təxmin etdikləri bölgədə təxminən 500 nəfərin yaşadığını düşünürlər. 

Alimlər torpaqdan tikilmiş ola biləcək ən azı 50 evin qalıqlarını müəyyən edib, həmçinin çoxlu saxsı qablar və daşlar aşkar ediblər. 

İki binanın daxil olduğu mərkəzi ərazinin də inzibati məqsədlər üçün istifadə olunacağı ehtimal edilir. Bu bölgənin qərbində iri və hündür dairəvi qəbirlərin olduğu nekropol aşkar edilmişdir. El Natah qəsəbəyə ev sahibliyi etdiyi dövrdə Mesopotamiya, Misir və Levant kimi bölgələrdə daha çox inkişaf etmiş şəhərlər var idi.

Elm adamları o dövrdə köçəri icmaların bölgədə hökmranlıq etdiyini və müəyyən yerlərdə El Natah kimi divarlı vahələrlə daha yavaş bir şəhərləşmə prosesinin olduğunu deyirlər.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin alimi Guillaume Charloux bildirib ki, Mesopotamiya və Misirdə urbanizasiya eramızdan əvvəl 4-cü minillikdə başlasa da, araşdırmamız göstərir ki, mürəkkəb ictimai quruluş daha sonra Ərəbistanın şimal-qərbində yüksəlib. Alim əlavə edir ki, eramızdan əvvəl III minilliyin ikinci yarısında Ərəbistan yarımadasındakı bəzi qruplar oturaq həyat tərzinə keçərək kənd təsərrüfatından daha geniş miqyasda istifadə etməyə başlayıblar. 

Faktlar  şəhərin təxminən eramızdan əvvəl 1300-1500-cü illərdə tərk edildiyini göstərir, lakin buna nəyin səbəb olduğu hələ məlum deyil.  Amma tədqiqatçılar ümid edirlər ki, Ərəbistan yarımadasının şimal hissələrində aparılan araşdırmalar “yavaş şəhərləşmə” prosesi haqqında daha çox məlumat verəcək və strukturların necə dəyişdiyini ortaya çıxaracaq.

Paylaş: