Səudiyyə Ərəbistanında 70 ildən sonra ilk dəfə qanuni spirtli içki satışına başlanacaq
Səudiyyə Ərəbistanı spirtli içkilərin satışını qanuniləşdirməyə başlayır. Buna uyğun olaraq, ölkənin paytaxtı Ər-Riyadda səfirliklərin yerləşdiyi ərazidə açılacaq ilk içki mağazası yalnız qeyri-müsəlman diplomatlara satılacaq. Diplomatlara ayda 240 balla və bir litrdən az spirtli içkilər satılacaq.
Bir diplomatın hər ay 40 litr spirtli içki və ya 80 litr şərab alması mümkündür. Ölkədə yaşayan əcnəbilərə spirtli içki satışı ilə bağlı heç bir fərq olmayacaq.Xatırladaq ki, Səudiyyə Ərəbistanında mövcud qanunlara görə, spirtli içki qəbul edən və ya saxlayan şəxslərə qarşı cərimə, həbs və açıq şallaq kimi cəzalar var.
Ölkədə spirtli içki satışına qoyulan qadağa 1952-ci ildə kral Əbdüləzizin oğullarından birinin sərxoş halda İngilis diplomatını güllələyərək öldürməsi ilə qüvvəyə minib.Ölkədə spirtli içki satışının qısa müddətdə yalnız diplomatlar üçün başlayacağı gözlənildiyi halda , bu inkişaf vəliəhd şahzadə Məhəmməd bin Salmanın "2030 Vizyonu"nun nəticəsi sayılır. Bu, liberallaşdırma planının son addımı kimi dəyərləndirilir. Qeyd edək ki, Körfəz ölkələrinin əksəriyyətində spirt istehlakı oxşar məhdudiyyətlərə tabe olduğu halda, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yaşı 21-dən yuxarı olan qeyri-müsəlmanlara otellərdə, klublarda və barlarda spirtli içkilər satılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...