Saturnda böyük enerji balanssızlığı aşkar edilib
NASA-nın kosmik gəmisindən alınan məlumatlar Saturnun mövsümdən mövsümə buraxdığı istilikdə böyük dəyişikliklər olduğunu ortaya qoyub. Qaz nəhəngində ilk dəfə aşkar edilən belə bir enerji balanssızlığı bu planetlər haqqında bilinənlərin yenidən araşdırılmasını tələb edə bilər.
Günəş sistemindəki bütün planetlərin ulduzdan aldıqları radiasiya ilə kosmosa geri buraxdıqları radiasiya arasındakı tarazlığı ifadə edən enerji büdcəsi var. Planetlərin öz enerji resursları olduğundan, bu iki miqdar eyni deyil, lakin daxili resurslar ümumiyyətlə aşağı səviyyədə qalır. NASA-nın 2017-ci ildə Saturna çırpılması ilə missiyası sona çatan Cassini vasitəsinin məlumatlarını araşdıran tədqiqatçılar planetin enerji büdcəsində mövsümdən mövsümə böyük bir balanssızlığın olduğunu və bunun planetin orbitindən qaynaqlandığını aşkar ediblər.
Saturnun orbitinin elliptik olması Günəşdən aldığı enerjinin dəyişməsinə səbəb olur. Yerin orbiti də mükəmməl çevrə deyil, lakin Saturndakı bu vəziyyət Günəşə ən yaxın və ən uzaqda olarkən aldığı enerji arasında çox böyük fərqə səbəb olur.Bu yığılmış enerji bir şəkildə sərbəst buraxılmalı olsa da, yeni araşdırma aparan komanda bunun uzun müddət ərzində baş verdiyini və planetdə böyük və uzunmüddətli fırtınalara səbəb olduğunu düşünür.
Hyuston Universitetindən Xinyue Vanq rəhbərlik etdiyi araşdırmanı belə qiymətləndirib: “Atmosfer iqlim və qaz nəhənglərinin təkamülü ilə bağlı mövcud model və nəzəriyyələrdə qlobal enerji büdcəsinin balanslaşdırılmış olduğu güman edilir. Bununla belə, biz hesab edirik ki, kəşf etdiyimiz bu mövsümi enerji balanssızlığı bu modellərin və nəzəriyyələrin yenidən qiymətləndirilməsini tələb edir.”
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...