ŞƏT sammiti iyulun 3-4-də Astanada keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti iyulun 3-4-də Astanada keçiriləcək.
Fhnews.az Kazinform agentliyinə istinadla xəbər verir ki, təşkilata üzv dövlətlərin başçıları sammit çərçivəsində siyasi, iqtisadi-ticari, mədəni-humanitar fəaliyyətlərin aktual məsələlərinin geniş spektrini nəzərdən keçirəcəklər.
Forumda müşahidəçi ölkələrin liderlərinin və dialoq üzrə tərəfdaşların iştirakı da gözlənilir.
Xatırladaq ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...