22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şərqi Avropada quraqlıq

20-08-2024
IMG

Avropa İttifaqı  Şərqi Avropada məhsul və bitki örtüyünə təsir edən quraqlıq şəraitinin iyul ayında daha da pisləşdiyini bildirib. Birliyin hesabatında Aralıq dənizi və Qara dəniz bölgələrində iyul ayı sonu etibarilə ağır, qalıcı və kritik, Avropanın cənubunda və şərqində isə daimi və təkrarlanan quraqlıq şəraitinin olduğu bildirilib. Hesabatda Şərqi Avropada əvvəlki aylarla müqayisədə məhsul və bitki örtüyünə təsir edən ciddi quraqlıq şəraiti yaşandığı, qırmızı həyəcan altında olan ərazilərin xüsusilə Bolqarıstan və Rumıniyada cəmləşdiyi vurğulanıb.

Hesabatda bildirilir ki, quraqlıq İspaniyanın şərqi, İtaliyanın böyük hissəsi, Polşa, cənub Baltik bölgələri, Yunanıstan, Balkanların böyük hissəsi, Ukrayna, Rusiyanın cənubu, Malta, Aralıq dənizi adaları və Türkiyənin orta qərb və şimalında geniş ərazilərə təsir edib. Aralıq dənizi bölgəsində, xüsusilə İtaliyanın mərkəzi və cənubunda, İspaniyanın şimal-qərbində, Yunanıstanın şimal-şərqində və Türkiyənin mərkəzi-şimal bölgəsində bitki örtüyünə təsir edən quraqlıq həyəcanının “qalıcı” olduğu və Mərakeş, Əlcəzair, Tunis və Misirdə uzun müddət davam edən şiddətli quraqlıqda artım müşahidə olunduğu bildirilib.

Ukrayna, Rumıniya, Bolqarıstan, Serbiyanın şimalı, Macarıstanın və Rusiyanın cənubunda quraqlıq şəraitinin sürətlə artdığı qeyd edilən hesabatda Avropanın cənub və şərqində, Skandinaviyanın şimalında temperaturun mövsüm normalarının üzərində olduğu bildirilib.

Paylaş: