Şərqi Anadoluda dərə və çaylar donub
Qar yağması və soyuq Türkiyənin bir çox bölgələrinə təsir etməkdə davam edir. Ərzurum, Ağrı, Qars, Ərdahan və Tuncelidə fəvvarələr, dərələr və çaylar donub. Ərzurumda 3 gündür fasilələrlə qar yağır. Gecə saatlarında havanın temperaturu -13 dərəcə olub.
Ağrıda dərələr və Murat çayı buz bağlayıb.Son günlər yağan güclü qardan sonra tamamilə bəyaza bürünmüş Doğubayazıtdə soyuq hava həyata mənfi təsir edir. Bölgəyə yağan güclü qardan sonra Ağrı dağı da bəm-bəyaz olub.
Qarsda günlərdir təsirli olan qar soyuq hava ilə əvəzlənib. Gecələr havanın temperaturunun 16 dərəcə şaxtaya endiyi şəhərdə Qars axınının böyük hissəsi donub.
Ərdahanda da gecə saatlarında termometrlər -17 dərəcə göstərib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...