Sarayevonun “Ümid tuneli”
Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsi zamanı mühasirədə qalan paytaxt Sarayevonun yeganə "dünyaya açılan" qapısı olan "Ümid tuneli" ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.
Şəhərə gələn turistlərin ən çox üz tutduqları yerlərdən biri olan “Ümid tuneli” azad dünyaya açılan qapı kimi tanınır. Tunelə keçən il 170 min, bu il isə 100 min ziyarətçi gəlib.
Bosniya müharibəsi zamanı Sarayevonu dünya ilə birləşdirən və təxminən 300 min insanın həyatını xilas edən “Ümid tuneli” müharibə zamanı simvola çevrilən yerlərdən biridir.
Sarayevo hava limanının altından keçən 800 metr uzunluğunda, 1 metr enində və 160 santimetr hündürlüyündə tunel 4 ay 4 gün davam edən qazıntı işlərindən sonra 30 iyul 1993-cü ildə tamamlanıb.Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzzetbeqoviçin də müharibə zamanı istifadə etdiyi, taxta bloklar və loglarla dəstəklənən, döşəmədə relslər olan bu tunel vasitəsilə hərbi texnika və silahlarla yanaşı Sarayevoya ərzaq, dizel, dərman və yaralılar da göndərilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...